Bakıda iki minik avtomobili toqquşub, yaralanan var - FOTO

Bakıda iki minik avtomobili toqquşub, yaralanan var - <span style="color: red;">FOTO
# 12 mart 2015 00:55 (UTC +04:00)

APA-nın məlumatına görə, qəza "20 Yanvar tuneli" adlanan ərazidə qeydə alınıb. Avtomobili yüksək sürətlə idarə edən “Volkswagen”in sürücüsü qəfil idarəetməni itirərək maşını eyni istiqamətdə hərəkətdə olan "Mercedes"ə çırpıb.

Qəza zamanı “Volkswagen”in sürücüsü xəsarət alıb. Eyni zamanda avtomobillərə ciddi ziyan dəyib. Əraziyə təcili yardım çağırılıb.Xəsarət alan sürücüyə hadisə yerində ilkin yardım göstərildikdən sonra o, xəstəxanaya çatdırılıb.

Qəza ilə bağlı yolda nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hadisə yerinə Yasamal rayon Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunub. Yaranan tıxac aradan qaldırılıb və nəqliyyatın hərəkəti bərpa olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR