Angela Merkel: “Avropa İttifaqı Rusiya ilə əməkdaşlıq etməyə ümid edir”

Angela Merkel: “Avropa İttifaqı Rusiya ilə əməkdaşlıq etməyə ümid edir”
# 13 dekabr 2014 15:19 (UTC +04:00)

Bakı - APA. Avropa İttifaqı (Aİ) Rusiya ilə əməkdaşlıq etməyə ümid edir.

APA-nın “Deutsche Welle” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın kansleri Angela Merkel bildirib.

“Ukrayna, Gürcüstan və Moldova ilə imzalanması nəzərdə tutulan Assosiativ Sazişlər Rusiyaya qarşı yönəlməyib”, - deyə A. Merkel qeyd edib.

Bununla yanaşı, kansler Ukrayna münaqişəsinin diplomatik yol ilə həll olunmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Almaniya Rusiya ilə sıx iqtisadi əlaqələrin qurulmasında maraqlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR