Rusiya radarlara düşməyən “Kaspiyskiy monastr” hava gəmisini yenidən istehsal etməyə hazırlaşır - FOTOSESSIYA

Rusiya radarlara düşməyən “Kaspiyskiy monastr” hava gəmisini yenidən istehsal etməyə hazırlaşır - <span style="color: red;">FOTOSESSIYA
# 10 noyabr 2012 11:33 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. Rusiya 1960-ci illərdə istehsal etdiyi hərbi yük daşıyan nəhəng hava gəmisini olan ekranoplan (“Kaspiskiy Monastr”)ı yenidən istehsal etməyə hazırlaşır. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rostislav Alekseyevin rəhbərliyi ilə bir neçə rus alimləri tərəfindən layihəsi hazırlanan hərbi yük gəmisinin yenidən istehsalına qərar verilib.

Qeyd edək ki, yüzlərlə ton hərbi yük daşıyan bilən Ekranoplan dənizin 10-15 metr üzərində uçduğu üçün radarlara düşmür. Eyni zamanda su altından getmədiyi üçün dəniz radarları tərəfindəən müəyyən oluna bilmir. Surəti saatda 450 km/saat olan “Xəzər monastrı” dənizdə, bataqlıq yerlərdə qar və buzun üzərində rahatlıqla hərəkət edə bilir. Digər hava gəmiləri ilə müqayisədə “Ekranoplan” daha az yanacaq istifadə edir.

1980-ci illərdə Rusiyanın Xəzər flotunun tərkibində 236-ci ekranoplan hava gəmisi divizyası mövcud olub. Bu diviziyanın tərkibində hərbi yük daşıyan “Orlenka” ekranoplanı və raket ekranoplanı olan “Lun” olub. NATO bu ekranoplanları “Kaspiyskiy monastr” kimi deşifrə edib. O vaxtdan ekranoplanlar bu adla istehsal olunmağa başlayıb.

İlk istehsal olunan “Ekranoplan” 1969-cu ildə qəzaya uğrayıb. 11 il sonra 1980-ci ildə Xəzər dənizində sınaqdan keçirilən ikinci nüsxə “Ekranoplan” da qəzaya uğrayıb. Pilotun səhvi ucbatından qəzaya uğrayan “Ekranoplan”ın ekipaj üzvlərini xilas etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR