Cəlilabadda 40 nəfərə şəxsiyyət vəsiqəsi verilib

Cəlilabadda 40 nəfərə şəxsiyyət vəsiqəsi verilib
# 27 fevral 2015 16:44 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Xəzər Rayon Polis İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşlara şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsi üzrə növbəti səyyar xidmət göstəriblər.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər rayonunun Zirə qəsəbəsində keçirilmiş belə tədbir zamanı 31 nəfərin, o cümlədən şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş 11, şəxsiyyəti təsdiqləyən sənədi olmayan 12 şəxsin, 8 yeniyetmənin şəxsiyyət vəsiqəsi ilə təmin olunmaları üçün müvafiq sənədləri qəbul edilib.

Cəlilabad şəhərinin 4 və 7 saylı məktəblərində, eyni zamanda, rayonun Üçtəpə və Günəşli kəndlərinin orta ümumtəhsil müəssisələrində təşkil olunmuş səyyar xidmətlər zamanı buraxılış siniflərində oxuyan ümumilikdə 324 şagirdin sənədləri qəbul edilib. Həmçinin şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş 40 rayon sakininə şəxsiyyəti təsdiqləyən yeni sənədlər təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR