Bakıda quldurluq edən şəxslər tutulub

Bakıda quldurluq edən şəxslər tutulub
# 12 fevral 2013 09:07 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda quldurluq edən şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 10-da saat 22:20 radələrində Milli Parkda 4 naməlum şəxs Bakı şəhər sakini İman Xaçarayevdən mobil telefonunu danışmaq adı ilə alaraq qaytarmayıblar. Səbail Rayon Polis İdarəsinin 39-cu və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Səfərli, Asif Əliyev, Ümid Hüseynzadə və Salyan rayon sakini Ümid Qurbanov fevralın 11-də tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR