Qətldə təqsirləndirilən 17 yaşlı gəncin məhkəməsi başlayıb

Qətldə təqsirləndirilən 17 yaşlı gəncin məhkəməsi başlayıb
# 20 oktyabr 2014 13:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən 17 yaşlı Vüqar Yunisovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Proses oktyabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, mayın 6-da 1951-ci il təvəllüdlü Əhmədov Vahid Cəbrayıl oğlunun Yasamal rayonunda kirayədə yaşadığı evdə çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkar edilib. Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Baş vermiş hadisə ilə bağlı istintaq-əməliyyat qrupu yaradılıb. Cinayəti törətmiş şəxsin, hadisənin şahidlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1997-ci il təvəllüdlü Yunusov Vüqar Rəşid oğlu tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR