“British Council” Bakı məktəblərinin direktorları üçün təlimlər keçirəcək

“British Council” Bakı məktəblərinin direktorları üçün təlimlər keçirəcək
# 07 iyul 2015 08:35 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “British Council” təşkilatının Bərabər və məsuliyyətli cəmiyyət üçün inklüziv qərarlar (IDEAS) layihəsinin pilot mərhələsi çərçivəsində baş tutacaq təlimlərin açılışı olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən xəbərə görə, açılış mərasimində BŞTi-nin müdir müavini Məhəbbət Vəliyeva, BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova, “British Council”ın Təhsil və cəmiyyət layihələri üzrə meneceri Nərgiz Hüseynova, IDEAS layihəsinin Azərbaycan üzrə koordinatoru Səbinə Quliyeva və “Accessbank”ın PR meneceri Nigar Məmmədova iştirak ediblər.

Layihə çərçivəsində Bakı şəhərində yerləşən 50 qabaqcıl və yeniliyə açıq olan məktəbin direktorları üçün 6-9 iyul tarixlərində inklüziv təhsilin əsas fəlsəfəsi, beynəlxalq təcrübənin və modellərin təqdim edilməsindən ibarət ikigünlük təlimlər keçiriləcək.

Təlimlərin keçirilməsində məqsəd Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasından irəli gələn xüsusi qayğıya ehtiyacı olan insanlar üçün inklüziv təhsil modelinin yaradılması ilə bağlı dövlətin həyata keçirdiyi islahatlara dəstək verməkdir.

Qeyd edək ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Krallığın Britaniya Şurası (British Council) təşkilatı yerli tərəfdaş Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi ilə birgə “Bərabər və məsuliyyətli cəmiyyət üçün İnklüziv qərarlar” layihəsi həyata keçirilir.

2013-cü ilin aprel ayından başlayan və 2015-ci ilin oktyabr ayınadək həyata keçiriləcək layihənin əsas məqsədlərindən biri xüsusi qayğıya ehtiyacı olan insanlarla bağlı QHT-lərin yerli dövlət qurumları ilə əməkdaşlığının möhkəmlənməsinə nail olmaq, həmin insanların hüquqlarının müdafiəsini təmin etmək və eyni zamanda təhsil hüquqlarının bərpa olunması sahəsində maarifləndirmə işini təşkil etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR