Azərbaycandakı hava şəraitində hələlik dəyişiklik gözlənilmir - VİDEO

Azərbaycandakı hava şəraitində hələlik dəyişiklik gözlənilmir - <span style="color: red;">VİDEO
# 26 sentyabr 2015 09:44 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Sentyabrın 27-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gün ərzində hava əsasən yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 26-30 dərəcə isti olacaq.

Bölgələrdə də hava gün ərzində əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 27-31, dağlıq ərazilərdə gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR