BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Azərbaycana gələcək

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Azərbaycana gələcək
# 12 aprel 2013 13:24 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser Azərbaycana səfər edəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qonaq mayın 29-dan iyunun 1-dək Bakıda prezident İlham Əliyevin himayəsi ilə "Çeşidli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək.


Nasir Əbdüləziz əl-Naser 2011-2012-ci ilədək BMT Baş Assambleyasının prezidenti olub.

Səfər çərçivəsində Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında Əməkdaşlıq Memorandumunun imzalanması nəzərdə tutulur.

BMT-nin Sivilizasiyalar Alyansı 2011-ci ildən Azərbaycanın təşəbbüsü ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR