İsrail Azərbaycanda keçiriləcək müdafiə sərgisinə 16 şirkətlə qatılacaq

İsrail Azərbaycanda keçiriləcək müdafiə sərgisinə 16 şirkətlə qatılacaq
# 21 avqust 2014 10:02 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. İsrail müdafiə sənayesi sentyabr ayında Bakıda keçiriləcək ADEX-2014 müdafiə sərgisində İsrail Müdafiə Nazirliyinin Beynəlxalq Müdafiə Əməkdaşlığı Agentliyinin (SİBAT) rəhbərliyi altında 16 şirkətlə qatılacaq.

APA-nın sərginin təşkilatçısı olan «İteca Caspian» şirkətinə istinadən verdiyi məlumata görə, sərgidə İsraili SİBAT və dünyanın böyük müdafiə şirkətləri olan «Elbit Systems», IMI, İAİ, IWI, «Rafael»-lə yanaşı, müdafiə sənayesində tanınmış «Aeronautics», «Visionmap», «ATL-Atlantic Technologies», «Camero-Tech», DSIT, «Fibrotex Tech», «İspra LTD», «Plasan», «Meprolight», «Ness Technologies» şirkətləri də təmsil edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR