Bakıda avtomobildən içərisində pul olan çanta oğurlanıb

Bakıda avtomobildən içərisində pul olan çanta oğurlanıb
# 15 aprel 2015 10:22 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda avtomobildən oğurluq etməkdə təqsirləndirilən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-də İslam Mayılova məxsus “KİA” markalı avtomobildən içərisində 300 manat, mobil telefon və sənəd olan çantanın Zəngilan rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Elşən Rzayev və Yusif Hüseynov tərəfindən oğurlanması müəyyən edilib və E.Rzayev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR