Bakıda yüksək sürət qəzaya səbəb olub

Bakıda yüksək sürət qəzaya səbəb olub
# 13 iyul 2016 00:35 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakıda yüksək sürət yol qəzasına səbəb olub.

APA-nın məlumatına görə, hadisə Xətai rayonu, Nobel prospektində qeydə alınıb. Belə ki, Şəhriyar Daşdəmirov kirayə götürdüyü "KİA" markalı avtomobil ilə yüksək sürətlə Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olarkən döngədə idarəetmə itirib. Nəticədə qarşı yola keçən "KİA" əvvəlcə "Mercedes"ə daha sonra isə ağaca çırpılıb. Zərbənin təsiri o qədər güclü olub ki, ağac iki yerə bölünüb. Qəza zamanı xəsarət alan olmasa da avtomobil yararsız hala düşüb.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəliblər. "KİA"nın sürücüsü Ş.Daşdəmirov sərxoşluq müayinəsindən keçirilib. Müayinə nəticəsində sürücünün sərxoş olmadığı müəyyən olunub. Daha sonra avtotexniki ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR