Bakı. Məlahət Nəcəfova - APA. 2016-cı ilin ilk 6 ayı ərzində Ermənistan ordusunda 136 əsgər, könüllü və hərbçi həlak olub.
APA-nın “Epress” xəbər portalına istinadən verdiyi məlumata görə, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin iyulun 4-də açıqladığı hesabatda deyilir.
Maraqlıdır ki, ölüm faktlarının 17-si Ermənistan, 119-u isə Dağlıq Qarabağ ərazisində qeydə alınıb.
131 ölüm faktı rəsmi səviyyədə təsdiqlənib.
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi bildirir ki, 2015-ci ilin ilk yarısı ilə müqayisədə cari ilin analoji dövründə orduda ölüm faktları 3 dəfə artıb.