Bakı Metropoliteninin yeni inşa edilən binasında yanğın baş verib

Bakı Metropoliteninin yeni inşa edilən binasında yanğın baş verib
# 22 dekabr 2012 07:14 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. Bakı Metropoliteninin yeni inşa edilən binasında yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı şəhəri, Binəqədi rayonunda tikilməkdə olan, ümumi sahəsi 800 kv.m olan yeni binada qeydə alınıb. Fəhlələrin soyunub-geyinmə otağının yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01.36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR