«Ulduz» metro stansiyasının keçidində təmir başa çatıb

«Ulduz» metro stansiyasının keçidində təmir başa çatıb
# 04 dekabr 2012 10:20 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Metropoliteninin «Ulduz» stansiyasının keçidində təmir işləri tam başa çatdırılıb.

Metropolitendən «APA-Economics»ə verilən məlumata görə, 1970-ci illərdə istismara verilmiş «Ulduz» stansiyasının keçidlərindəki asfalt tədricən sıradan çıxıb. Bu isə stansiyaya qulluq edən işçilərin əməyini ağırlaşdırır, xüsusən də qış mövsümündə problemlərin yaşanmasına səbəb olurdu. Bundan əlavə, asfalt örtük sərnişinlərin hərəkətinə də mənfi təsir göstərirdi.

«Havaların soyuması ilə əlaqədar olaraq, stansiyanın ikinci vestibülünün keçidindəki asfalt döşəməsinin daha səmərəli və sərfəli inşaat materialları ilə əvəzlənməsi təxirə salına bilməzdi. Bir həftə ərzində stansiya keçidinə asfalt örtüyü sökülərək, qranit döşənib. Prosesi sürətləndirmək və ən qısa vaxtda yerinə yetirmək üçün burada üçnövbəli iş rejimi tətbiq olunub. Həmçinin, istər söküntü, istərsə də təmir-bərpa işləri zamanı xidmətin işçiləri lazım olan bütün avadanlıq, maşın və mexanizmlərlə vaxtında təmin edilib. Bu səbəbdən, keçiddə təmir işləri ən qısa vaxtda başa çatdırılaraq, yenidən tam şəkildə sərnişinlərin istifadəsinə verilib», - deyə Metropolitendən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR