Türk dövlətlərinin teleradio yayımı üzrə tənzimləyici qurumlarının Koordinasiya Şurası yaradılacaq

Türk dövlətlərinin teleradio yayımı üzrə tənzimləyici qurumlarının Koordinasiya Şurası yaradılacaq
# 20 noyabr 2012 14:45 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Mətbuat Şurasının sədri Əflatun Amaşov və Qazaxıstanın mədəniyyət və informasiya naziri Mınbay Darxan Kamzabekulının başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

MTRŞ-dan APA-ya verilən xəbərə görə, görüşdə N.Məhərrəmli Şuranın fəaliyyəti, Azərbaycanda teleradio yayımının əsasları və bu sahədə gedən sürətli inkişaf barədə qonaqlara geniş məlumat verib. Mınbay Darxan Kamzabekulı isə Qazaxıstanda teleradio yayımının əsasları barədə danışıb.

Görüşdə türk dövlətlərinin teleradio yayımı üzrə tənzimləyici qurumlarının Koordinasiya Şurasının yaradılması barədə razılıq əldə edilib, bu barədə TÜRKSOY-un məlumatlandırılması qərar alınıb. Görüşdə həmçinin teleradio yayımı ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR