Azərbaycanda III Respublika Muğam Müsabiqəsinin keçirilməsi barədə əmr imzalanıb

Azərbaycanda III Respublika Muğam Müsabiqəsinin keçirilməsi barədə əmr imzalanıb
# 03 dekabr 2012 15:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Misir Mərdanov III Respublika Muğam Müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb. APA-nın xəbərinə görə, əmrdə qeyd olunub ki, müsabiqə vokal və instrumental musiqi nominasiyaları üzrə 2013-cü ilin 15 fevral tarixində Bakı şəhərində keçirilsin. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsi və münsiflər heyətinin tərkibləri təsdiq olunması, qaliblərin seçilməsi Azərbaycan Milli Konservatoriyasına və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə tapşırılıb. Nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi isə müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün lazımi təşkilati işləri həyata keçirəcək.

Əmrin icrasına nəzarət nazir müavini Qulu Novruzova həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR