Azərbaycan Beynəlxalq Bankı İslam maliyyələşməsi xətti ilə xaricdən iri kredit cəlb edir - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Bankı İslam maliyyələşməsi xətti ilə xaricdən iri kredit cəlb edir  - <span style="color: red;">YENİLƏNİB
# 16 noyabr 2012 11:09 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) İslam bankçılığının tətbiqi ilə yeni bazar seqmentinin formalaşması hesabına müştəri bazasını genişləndirmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu ABB-nin İslam bankçılığı Departamentinin müdiri Behnam Qurbanzadə bildirib.

B.Qurbanzadə qeyd edib ki, bu il ABB ilə «Bosnia Bank»ı arasında İslam maliyyələşməsi üzrə əməkdaşlıq çərçivəsində 1,5 mln. ABŞ dolları dəyərində müqavilə imzalanıb. Bu vəsait «vəkalə» aləti üzrə (akkreditiv, zaminlik) təqdim olunub. Daha 15 mln. dollar kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün İslam İnkişaf Bankının xətti ilə cəlb edilib. Hazırda isə daha bir İslam bankçılığı məhsulu - «murabahə» (ticarət maliyyələşməsi) üzrə 150 mln. dollar həcmində sindikatlaşdırılmış kreditin cəlb olunması üçün danışıqlar aparılır.

Departament müdiri bildirib ki, İslam maliyyələşməsi üzrə bankın ümumi aktivləri cari ilin oktyabr ayının 1-nə 58 mln. dollar təşkil edib, ümumilikdə isə 65 mln. dollar həcmində vəsait cəlb olunub. Bunun 58 mln. dolları 6 layihənin və 20 ticarət sövdələşməsinin maliyyələşməsinə sərf olunub. Hazırda Şəki rayonunda iri kənd təsərrüfatı layihəsinin təkrar maliyyələşdirilməsi də başa çatmaq üzrədir.

B.Qurbanzadə həmçinin bildirib ki, ABB-nin İslam bankçılığı ilə bağlı qrupu 2013-2015-ci illər ərzində şəriət prinsipləri əsasında maliyyələşməni bütün ölkə ərazxisində tətbiq etməyi, korporativ və pərakəndə müştərilərə xidmətlərin göstərilməsini təmin etməyi, xaricdən sərmayələr cəlb etməyi, həmçinin yerli investorların bu sahədə xarici bazarlara çıxışını təmin etməyi planlaşdırır. Bundan başqa, İslam maliyyələşməsi sahəsində ABB-nin bütün törəmə qurumları ilə, o cümlədən sığorta və lizinq xidmətləri üzrə əməkdaşlıq olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR