Azərbaycanda indiyədək vətəndaşlara güzəştli şərtlərlə 20 minədək kompüter və noutbuk satılıb

Azərbaycanda indiyədək vətəndaşlara güzəştli şərtlərlə 20 minədək kompüter və noutbuk satılıb
# 11 dekabr 2012 12:57 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda həyata keçirilən «Xalq kompüteri» layihəsi çərçivəsində fərdi kompüterlər və noutbukların satışı üzrə yeni məlumatlar açıqlanıb.

«APA-Economics»in məlumatına görə, layihənin işə salındığı 2009-cu ilin aprel ayından ölkə vətəndaşları tərəfindən güzəştli şərtlərlə 19 800 fərdi kompüter və noutbuk alınıb.

Yanvarda bu göstərici 15 955, 2011-ci ilin əvvəlində 10 500, 2010-cu ilin yanvarında 4 000-dən çox təşkil edib.

Beləliklə, ilin əvvəlindən vətəndaşlara 3 845 kompüter və noutbuk satılıb.

Xatırladaq ki, hazırkı mərhələdə güzəştli şərtlər əsasında kompüter və noutbukları orta məktəb müəllimləri və şagirdləri, ali məktəb müəllimləri və tələbələri ala bilərlər.

Gələcəkdə səhiyyə işçiləri və dövlət qulluqçuları kompüterləri kreditə götürə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR