İlin əvvəlindən icbari sığortaya cəlb olunan avtomobillərin sayı açıqlanıb

İlin əvvəlindən icbari sığortaya cəlb olunan avtomobillərin sayı açıqlanıb
# 02 noyabr 2015 11:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin 10 ayı ərzində 826 min avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, 2015-ci ilin yanvar-oktyabr ayları ərzində Büronun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 826 744 müqavilə qeydiyyata alınıb. Bunların 145 726-sı xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 65 mln. manat təşkil edib.

2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 6%, sığorta haqlarının məbləğində isə 10% artım müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR