Vladimir Putin Bufi və Yuma adlı itləri ilə birgə görüntülənib - FOTOSESSİYA

Vladimir Putin Bufi və Yuma adlı itləri ilə birgə görüntülənib - <span style="color: red;">FOTOSESSİYA
# 10 aprel 2013 16:01 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. Rusiya prezidenti Vladimir Putin itləri ilə birgə istirahət etdiyi zaman görüntülənib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Almaniya və Niderlandan rəsmi səfərdən qayıtdıqdan sonra V. Putin Moskva ətrafında Novo-Oqoryovadakı prezident iqamətgahına yaxın meşəlik ərazidə itləri ilə birgə gəzintiyə çıxıb.

Rusiya prezidenti Bolqarıstan baş naziri Boiko Borisovun 2010-cu ildə hədiyyə etdiyi Bufi adlı Qaraqaçan cinsindən olan və Yaponiya Akita şəhərinin bələdiyyə sədrinin hədiyyə etdiyi Yuma adlı itləri ilə qarda uşaqlar kimi oynayaraq əylənib.

Qeyd edək ki, heyvanlara xüsusi marağı olan Vladimir Putin at minməyi, balıq tutmağı çox sevir. Nəsli tükənməkdə olan Sibir pələngləri də Putinin şəxsi nəzarəti altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR