Ötən ay 168 partlamamış hərbi sursat zərərsizləşdirilib

Ötən ay 168 partlamamış hərbi sursat zərərsizləşdirilib
# 03 iyun 2015 12:06 (UTC +04:00)

ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 168 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 115 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək 287,183,462 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 690,272-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Ağcabədi, Ağdam, Beyləqan, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Qazax, Goranboy, Tovuz, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir.

2015-ci ilin May ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR