Azərbaycanda gənclərlə erkən nikaha dair onlayn məsləhətləşmə aparılacaq

Azərbaycanda gənclərlə erkən nikaha dair onlayn məsləhətləşmə aparılacaq
# 17 noyabr 2015 14:05 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu il dekabrın 16-da Azərbaycan hökuməti UNICEF-lə birgə Bakı şəhərində Azərbaycanda erkən nikahların qarşısının alınması yollarını müzakirə etmək üçün böyük konfrans təşkil edəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, konfransa hazırlıq çərçivəsində gənclərlə onlayn məsləhətləşmə aparılacaq.


Açıqlamada qeyd olunub ki, onlayn məsləhətləşmədə (https://docs.google.com/forms/d/1eUlsRwFCTd-iR3hnDMPP8suHQqgiE3hxQmNBdyD0ivw/viewform?c=0&w=1) 12-19 yaş arasında şəxslər iştirak edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR