Ukrayna vilayətlərini təmsil edən nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri planlaşdırılır

Ukrayna vilayətlərini təmsil edən nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri planlaşdırılır
# 20 avqust 2015 07:56 (UTC +04:00)

Azərbaycanın Xarkov şəhərindəki fəxri Konsulluğundan APA-ya verilən məlumata görə, səfəri adı çəkilən vilayətlərin dövlət admnistrasiya rəhbərlərinin və iş adamlarının müraciətinə əsasən fəxri konsulluq hazırlayır.

Səfərə hazırlıqla bağlı Sumı vilayətinin dövlət admnistrasiyasının binasında vilayətdə fəaliyyət göstərən iri sənaye müəssisələrinin rəhbərləri ilə görüş keçirilib .Görüş zamanı səfərin proqramı və Bakıya gedəcək nümayəndə heyətinin tərkibi müzakirə olunub. Görüşdə vilayət qubernatoru Nikolay Kloçko, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov, Ukrayna parlamentinin deputatı Oleq Medunitsa, Sumu vilayətində fəaliyyət göstərən sənaye müəssisələrinin rəhbərləri iştirak edib.

Ə. Salmanov görüşdə Azərbaycan prezidenti İlham Əliyevinin rəhbərliyi ilə ölkədə aparılan islahatlar, bölgədə həyata keçirilən qlobal iqtisadi layihələr haqqında ətraflı məlumat verib. O Azərbaycan və Ukraynanın bir sıra vilayətlərində fəaliyyət göstərən sənaye müəssisələri, o cümlədən aqrar və turizm sektorları arasında səmərəli əlaqələrin qurulması üçün əlverişli investisiya mühitinin olduğunu diqqətə çatdırıb. Bu ilin iyun ayında Azərbaycana işgüzar səfər etdiyini bildirən Sumı vilayətinin qubernatoru Nikolay Kloçko səfər çərçivəsində keçirilən səmərəli görüşlər haqqında danışıb. Ukraynanın ən böyük aqrar-sənaye bölgələrindən olan Sumı vilayətinin Azərbaycanla regional iqtisadi,mədəni ,elmi-texniki əməkdaşlığa xüsusi maraq göstərdiyini bildirən qubernator bu ilin sentyabr ayında Azərbaycana hazırlanan geniştərkibli işgüzar səfərin səmərəli nəticələr verəcəyinə əmin olduğunu vurğulayıb.

Deputat Oleq Medunitsa Azərbaycanın inkişaf edərək bölgədə lider, beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilməsindən bəhs edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR