ABŞ-da klubda baş vermiş partlayış 16 nəfərin yaralanmasına səbəb olub

ABŞ-da klubda baş vermiş partlayış 16 nəfərin yaralanmasına səbəb olub
# 24 noyabr 2012 04:47 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Massaçusets ştatının Sprinqfild şəhərində məişət qazının partlaması ən azı 16 nəfərin xəsarət alması ilə nəticələnib.

«Republican» qəzetinin yazdığına görə, hadisə «Scores' Gentlemen Club» striptiz-klubunda baş verib. Partlayış nəticəsində yaxınlıqdakı binalar ciddi xəsarət alıblar, klubun özü isə tamamilə dağılıb.

Klubun menecerinin cəld reaksiyası hadisə nəticəsində heç kəsin ölməməsinə səbəb olub. Belə ki, tüstünü görən menecer hamını dərhal küçəyə çıxarıb. İnsanlar klubdan çıxan kimi isə partlayış baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR