Təhsil Nazirliyi və TQDK-nın şöbə müdirləri arasında fikir ayrılığı yaranıb - FOTO

Təhsil Nazirliyi və TQDK-nın şöbə müdirləri arasında fikir ayrılığı yaranıb - <span style="color: red;">FOTO
# 25 yanvar 2013 11:58 (UTC +04:00)

Lakin onlar şagird hazırlığını, vaxtlarının azlığını bəhanə gətirərək bu müzakirələrdə iştirak etmədilər. Biz dərslikləri qiymətləndirmək üçün xaricdən ekspert gətirməli deyilik. Bu qiymətləndirilmədə öz müəllimlərimizin əməyindən istifadə etməliyik”.

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) V sinif üçün riyaziyyat dərsliyinin müzakirəsi zamanı Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib. F.Şahbazlı qeyd edib ki, hamının məqsədi yaxşı kitab hazırlamaq və onu ortaya çıxarmaqdır: “Ancaq müzakirələrdə təkcə səhvlər deyilməməlidir. Əgər dərslikdə hansısa məqamlarda iradlar yoxdursa, onların yaxşı olduğunu demək lazımdır. Müzakirələr artıq canlı şəkildə göstərilir deyə abu-hava bir qədər də kəskinləşib. Müzakirələrdə dərsliklərdəki pis tərəflərlə yanaşı, yaxşı cəhətlər də qeyd olunmalıdır”.

F.Şahbazlı tərəfindən səsləndirilən fikirlər TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva tərəfindən narazılıqla qarşılanıb. O bildirib ki, monitorinq keçirilməsinin öz qayda-qanunu var: “Monitorinqdə əvvəl müzakirələr aparılır, rəy və təkliflər verilir, sonda nəticə çıxarılır. Nəticəyə əsasən dərsliklərdəki problemlərlə yanaşı, müsbət cəhətlər də qeyd olunur. Ona görə də səsləndirilən iradlar düzgün deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR