Samux rayon sakini dərmandan zəhərlənib

Samux rayon sakini dərmandan zəhərlənib
# 14 iyul 2016 13:22 (UTC +04:00)

Samux. Azər Məmmədli - APA. Samux rayonunda qadın dərmandan zəhərlənib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1986-cı il təvəllüdlü Pərvanə Cəfərova dərman zəhərlənməsi əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Qadının hansı səbəbdən zəhərləndiyi hələ ki, məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR