Azərbaycanın iqtisadi inkişaf naziri Macarıstanın dövlət katibi ilə görüşüb

Azərbaycanın iqtisadi inkişaf naziri Macarıstanın dövlət katibi ilə görüşüb
# 05 dekabr 2012 12:30 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda səfərdə olan Macarıstanın xarici işlər və xarici əlaqələr üzrə dövlət katibi Peter Siyarto Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb.

«APA-Economics»in məlumatına görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Macarıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin əlaqələrin inkişafında xüsusi əhəmiyyətini vurğulayıb.

İki ölkə arasında mövcud iqtisadi əlaqələrin, əməkdaşlıq perspektivlərinin, ticarət əlaqələrinin genişləndirilməsi, investisiya qoyuluşu və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə olunduğu görüşdə Ş.Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə də məlumat verib.

Öz növbəsində P.Siyarto Macarıstanın Azərbaycanla iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib və ümid edib ki, yaxın zamanlarda iki ölkə arasında əlaqələr sürətlə inkişaf edəcək, əməkdaşlıq daha da genişləndiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR