Avropa Azərbaycan Məktəbinin komandası “Heydər Zirvəsi” nə yürüşdə iştirak edib - FOTO

Avropa Azərbaycan Məktəbinin komandası “Heydər Zirvəsi” nə yürüşdə iştirak edib - <span style="color: red;">FOTO
# 14 may 2015 13:59 (UTC +04:00)

Bakı-APA. Avropa Azərbaycan Məktəbinin komandası ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi” nə təşkil olunan yürüşdə iştirak edib.

Məktəbdən APA-ya verilən xəbərə görə, yürüşə Avropa Azərbaycan Məktəbinin adından fiziki tərbiyə kafedrasının rəhbəri və fiziki tərbiyə müəllimi Cəmil Dadaşov, İnformasiya Texnologiyaları şöbəsinin əməkdaşı Vüsal Orucov və ibtidai təhsil bölməsinin inzibati işçisi Anar Abbasov qoşulub. Yürüş iştirakçılarına sertifikatlar təqdim edilib.

Bu ilki yürüş Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən təşkil edilib və aksiyaya müxtəlif müəssisə və təşkilatları təmsil edən 35 nəfər qoşulub.

Qeyd olunub ki, hər il ənənə halını alan yürüşə respublikanın müxtəlif bölgələrindən qoşulanların sayı ilbəil artmaqda davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR