Həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb

Həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb
# 28 iyul 2014 06:58 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1014 namizəddən 37 nəfər imtahana gəlməyib.

818 namizəd müsabiqə şərtini (50 və daha yüksək bal) ödəyərək ixtisas seçiminə buraxılıb. Ən yüksək nəticə 91 bal olub.

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 30-dan (saat 10:00-dan) avqustun 1-dək (saat 23:59-dək) aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.

Qeyd edək ki, TQDK həmçinin iyulun 26-da Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının I mərhələsini, iyulun 27-də isə II mərhələsini keçirib. İmtahan nəticələri elə həmin gün – iyulun 27-də saat 20:00-dan etibarən Komissiyanın internet saytında yerləşdirilib. Hər bir namizəd TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Namizədlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR