Kaladze: "Gürcüstan transsərhəd enerji ticarətinə töhfə verir"

Kaladze: "Gürcüstan transsərhəd enerji ticarətinə töhfə verir"
# 01 iyun 2016 12:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Gürcüstan hökuməti bütün istiqamətlərdə, o cümlədən enerji sektorunda regional əməkdaşlığa olduqca böyük əhəmiyyət verir".

"APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin I müavini, energetika naziri Kaxa Kaladze deyib.

Onun sözlərinə görə, transsərhəd enerji ticarətinə töhfə vermək məqsədilə Gürcüstanı qonşu ölkələrlə birləşdirən enerji infrastrukturu reabilitasiya olunur. "Mən xüsusilə Türkiyə ilə Gürcüstanın enerji sistemlərini birləşdirən layihəni qeyd etmək istərdim. Nəticədə biz Türkiyənin enerji bazarını təchiz etmək imkanını qazandıq. Bununla yanaşı, biz Avropa İttifaqı ölkələrini alternativ enerji ilə təmin edirik", - deyə K. Kaladze qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR