Yunanıstan sahillərində körpə miqrant uşağın meyiti tapılıb

Yunanıstan sahillərində körpə miqrant uşağın meyiti tapılıb
# 06 sentyabr 2015 01:31 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyter”ə yerli sahil mühafizə xidmətindən bildirilib.

Körpə oğlan uşağı yaxınlıqdakı Samos adasında yerləşən xəstəxanaya aparılıb, lakin həkimlər onun artıq öldüyünü müəyyənləşdiriblər. Uşağın valideynlərinin Aqatonision adasına Türkiyədən qayıqla gəldiyi məlum olub.

Yunanıstanın rəsmi qurumlarının məlumatına əsasən, ilin əvvəlindən ölkəyə 230 mindən çox miqrant gəlib. Son iki ayda miqrant axını xeyli artıb. Miqrantlar əsasən 5 adaya gələrək ölkəyə daxil olur: Miqrantların yarısı Lesbos adasına, 14 faizi - Xios, 12 faizi – Samos, 28 faizi – Kos, az qismi isə Laros adasından keçir. Miqrant axını səbəbindən adaların iqtisadiyyatına ciddi ziyan dəyib. Belə ki, bölgəyə turistlərin səfəri xeyli azalıb.

2015-ci ilin əvvəlindən Avropa İttifaqına, ümumilikdə, 350 minədək qaçqın gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR