İran ilk dəfə olaraq Suriyaya dair beynəlxalq danışıqlara dəvət alıb

İran ilk dəfə olaraq Suriyaya dair beynəlxalq danışıqlara dəvət alıb
# 27 oktyabr 2015 21:43 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Associated Press” məlumat yayıb.

Agentliyin məlumatına görə, Suriya üzrə yeni beynəlxalq məsləhətləşməni oktyabrın 29-da Vyanada keçirmək planlaşdırılıb. İran dəvətə hələlik heç bir cavab verməyib. Görüşdə Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İordaniya, BƏƏ-nin XİN rəhbərlərinin iştirak edəcəyi gözlənilir.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi bir müddət sonra İranın görüşə dəvət almasını təsdiqləyib.

“Mən İranı bizim tərəfdaş adlandırmazdım, lakin o dəvət alıb”, deyə Kirbi bildirib. “Dəvəti qəbul edib-etməmək onların öz işləridir”, deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR