Bank Of Baku

Gürcüstanda azərbaycanlı ailənin məruz qaldığı silahlı basqının təfərrüatları məlum olub - YENİLƏNİB

Gürcüstanda azərbaycanlı ailənin məruz qaldığı silahlı basqının təfərrüatları məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 24 aprel 2018 10:00 (UTC +04:00)

Gürcüstanda azərbaycanlı ailənin məruz qaldığı silahlı basqının təfərrüatları məlum olub.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, gecə saat 12.00 radələrində Allahverdiyevlər ailəsinin yaşadığı evə 3 nəfər maskalı şəxs daxil olub. 
 

“Kalaşnikov” avtomatı ilə silahlanmış basqınçılar Əlirza Allahverdiyev, onun həyat yoldaşı Həqiqət Allahverdiyeva və qızları 18 yaşlı Sahibə Allahverdiyevaya avtomatla zərbələr endirərək, onları ayrı-ayrı otaqlarda bağlayıblar. Oğrular ailə üzvlərinə soyuq silahla xəsarətlər yetirərək işgəncə veriblər. 
 

Soyğunçular evdəki əşyaları alt-üst edərək pul və zinət əşyalarını axtarmağa başlayıblar. Onlar bildiriblər ki, bu yaxınlarda ailə 19 baş mal-qara satıb və ailədə 20 min laridən çox pul olmalıdır. 
Cinayətkar dəstə evdən 5 min lariyə yaxın pul, 10-dan çox üzük və digər qızıl əşyalar aparıblar. 
 

Faktla bağlı cinayət işi açılıb. Hazırda polis tərəfindən mühasirəyə alınmış evdə müvafiq ekspertiza aparılır. 

 

*** 10.44

 

Gürcüstanın Kaspi rayonunun Ferma kəndində azərbaycanlı ailənin evinə silahlı basqın olub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, maskalı şəxslər gecə saatlarında evə daxil olaraq ailə üzvlərinə hədə-qorxu gəliblər.

 

Ailə üzvləri arasında yaralananların olduğu bildirilir. Hazırda polis hadisə yerində araşdırma aparır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR