Bakının Binəqədi rayonunda bıçaqlanma faktı olub.
APA-nın məlumatına görə, Binəqədi şossesi 5 ünvanında qeydə alınmış hadisə zamanı 2002-ci il təvəllüdlü İsayev Sakit Teymur oğlu qonşusu - 2003-cü il təvəllüdlü Vəliyev Nicat Bağban oğlu tərəfindən bıçaqlanıb.
Hazırda Binəqədi polis hadisəni törətməkdə şübhəli bilinən N.Vəliyevin axtarışlarını aparır.