Çuxuryurd-Piribəyli avtomobil yolunda aparılan işlər oktyabrda yekunlaşacaq - FOTO

Çuxuryurd-Piribəyli avtomobil yolunda aparılan işlər oktyabrda yekunlaşacaq - <span style="color: red;">FOTO
# 03 sentyabr 2014 07:21 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Uzunluğu 13 km olan Çuxuryurd-Piribəyli avtomobil yolunda işlərin böyük hissəsi yerinə yetirilib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, 4-cü texniki dərəcəli yol boyu zəruri olan hissələrdə beton drenaj kanalı tikilib, su ötürücü borular yenisi ilə əvəz olunub.

“Demək olar ki, asfalt-beton örtüyünün döşənməsi başa çatmaq üzrədir. Sentyabr-oktyabr ayları ərzində işlərin tamamilə yekunlaşması gözlənilir”, - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR