Azərbaycanlı zəvvarlar Həcc ziyarətini başa vurublar

Azərbaycanlı zəvvarlar Həcc ziyarətini başa vurublar
# 28 sentyabr 2015 09:14 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanlı zəvvarlar Həcc ziyarətini artıq başa vurublar və zəvvarların qayıdışı ilə bağlı uçuş qrafikləri məlum olub.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov APA-ya bildirib ki, artıq zəvvarlar ziyarətin sonuncu əməli olan şeytana daş atma əməlini başa vurublar və indi vida təvafı ilə məşğuldurlar.

Zəvvarların şeytana daş atma əməlini sağ-salamat başa vurduqlarını deyən QMİ rəsmisi bildirib ki, sabahdan etibarən onların Ciddə şəhərindən Vətənə dönüşü başlayacaq: “Hər gün uçuşlar olmaq şərti ilə oktyabrın 1-i Ciddədən azərbaycanlı zəvvarları gətirən sonuncu təyyarı uçacaq”.

Qeyd edək ki, bu il Həccə Azərbaycandan 2400-ə qədər zəvvar yola düşüb. Onlardan ikisi Məkkədə dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR