Balakən sakininin maşınından narkotik maddə götürülüb

Balakən sakininin maşınından narkotik maddə götürülüb
# 16 dekabr 2012 07:57 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Balakən rayon sakinin idarə etdiyi avtomobildən narkotik vasitə götürülüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Balakən rayon PŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində axtarış-əməliyyat tədbiri keçirib.

Tədbir nəticəsində Balakən rayonu Gərəkli kənd sakini Qardaşov Ramiz İsa oğlunun idarə etdiyi VAZ-2107 markalı, 10 UX 197 dövlət nişan nömrəli avtomobilə aidiyyəti üzrə baxış keçirilib.

Nəticədə avtomobildən 90 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Fakla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR