Bakı-2015: Danimarka 17 idman növündə təmsil olunmağı planlaşdırır - VİDEO

Bakı-2015: Danimarka 17 idman növündə təmsil olunmağı planlaşdırır - <span style="color: red;">VİDEO
# 06 mart 2015 10:32 (UTC +04:00)

Bakı – APA. Danimarka Olimpiya Komitəsi (DOK) Bakı-2015-də yarışacaq idmançılarının sayını açıqlayıb. Apasport.az saytının məlumatına görə, danimarkalılar iyunda Azərbaycanda keçiriləcək Avropa Oyunlarına 65 idmançı ilə gəlməyi planlaşdırırlar.

Komandanın şef-de-missionu Morten Rodtvit bildirib ki, bu idmançılar 17-yə yaxın idman növünü əhatə edəcək: “Avropa Oyunları 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlaşan bir neçə idmançı üçün əla sınaq yarışı olacaq. Bakıda nə qədər peşəkar atletlər çıxış edərsə, bir o qədər də Danimarka idmançılarının Olimpiadaya hansı səviyyədə hazırlıqlı olduqları müəyyənləşəcək”.

Qeyd edək ki, iyunun 12-28-də təşkil olunacaq Avropa Oyunlarında 20 idman növü üzrə yarışlar keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR