Azərbaycanda oğurluq edən 2 nəfər tutulub

Azərbaycanda oğurluq edən 2 nəfər tutulub
# 15 dekabr 2012 10:21 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda oğurluq edən 2 nəfər tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 13-də Şəhla Seyidovanın evindən 5200 manat, 4500 dollar pul və qızıl əşyaları oğurlamış Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Həsənov tutulub.

Digər hadisə isə Masallıda baş verib. Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də İlqar Tağıyevin evindən qızıl əşyaları oğurlayan Ərkivan qəsəbə sakini Asim Mikayılov tutulub.

Hər 2 faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR