Fevralda 64 minə yaxın avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub

Fevralda 64 minə yaxın avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub
# 02 mart 2015 10:08 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin fevral ayında 63 902 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, bunların 13 921-i xarici ölkədə qeydiyyata alınıb və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edir.

Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5 milyon manata yaxın olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 33%, sığorta haqlarının məbləğində isə 35% artım müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR