Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib
# 21 iyul 2015 15:09 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib.

Komitədən APA-ya verilən məlumata görə, görüşdə qurum sədrinin birinci müavini Səyyad Salahlı, Bakı şəhəri dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, “Həyat Sözü” protestant dini icmasının başçısı Rasim Xəlilov, Azərbaycandakı katolik icmasının rəhbəri Vladimir Fekete və digər qeyri-islam dini icmaların nümayəndələri iştirak ediblər.

S.Salahlı qeyd edib ki, yəhudilərin Azərbaycanda məskunlaşmasının 2600 illik tarixi var. Ölkədə hər zaman yəhudilərə doğma münasibət bəslənilib və indiyə qədər bu münasibət davam edir. Azərbaycan hökumətinin bütün dini konfessiyalara bərabər şərait yaratdığını deyən S. Salahlı digər konfessiyalar kimi, yəhudi dini icmasının nümayəndələrinin də ölkədə öz ibadətlərini, dini ayinlərini sərbəst şəkildə yerinə yetirdiklərini vurğulayıb.

Amerika Yəhudi Komitəsinin nümayəndə heyətinin üzvü Adena Filips dünyada antisemitizmlə bağlı problemlərin mövcud olduğu bir dönəmdə Azərbaycanda yəhudilərin sülh və dostluq şəraitində yaşamasının sevindirici hal olduğunu bildirib.

Görüşün sonunda qonaqlara Azərbaycanın tolerantlıq mühitindən bəhs edən fotoların yer aldığı kitab hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR