Bakıda silsilə oğurluq edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-dən iyunun 22-dək olan müddətdə rayon ərazisindəki MTK-lardan birinin həyətindən 25 metr elektrik naqili, 10 evdən pul, qızıl əşyalar, təmir-tikinti alətləri, inşaat materialları və 600 metr elektrik naqili, habelə telefon qovşağına məxsus dirəklərarası 175 metr optik kabelini və 175 metr elektrik naqilini, mərasim evlərinin birindən samovar, bir qarajdan məişət əşyaları, bir sexdən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Lökbatan qəsəbə sakinləri Asim Əkbərov və Elşad Əhmədov saxlanılıblar.