Lənkəran şəhəri, Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Cənub Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.