Ruhani: İran terrorla mübarizədə bütün ölkələrlə əməkdaşlıq etməyə hazırdır

Ruhani: İran terrorla mübarizədə bütün ölkələrlə əməkdaşlıq etməyə hazırdır
# 19 aprel 2015 02:16 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Tehranda səfərdə olan Avstraliyanın XİN rəhbəri Culi Bişop ilə görüş zamanı İran prezidenti Həsən Ruhani bildirib.

“Terror və ekstremizm ilə mübarizədə İran Avstraliya daxil olmaqla bütün ölkələrlə əməkdaşlıq etməyə hazırdır. Terrorla mübarizədə ən əsası bütün ölkələr əlbir olaraq terrorun əsas səbəblərini müəyyən edib aradan qaldırmalıdır və gənc təcrübəsiz insanların terror qruplaşmalarına cəlb olunmasının qarşısını almalıdır”, deyə İran prezidenti qeyd edib.

Ruhani qeyd edib ki, hazırda terror tək Yaxın Şərq yox, bütün dünyaya təhlükə yaradır: “Biz əlaqələndirilmiş həqiqi strategiya qəbul etməliyik ki, bütün ölkələr və xalqlar milliyyətindən, irqindən və dinindən asılı olmayaraq günahsız insanlara qarşı terror və zorakılığa vaxtında və dərhal reaksiya versin.

“İran dəfələrlə Qərb ölkələrini Suriyadakı terror qruplaşmalarının maliyyələşdirilməsinə son qoymağa çağırıb. Lakin onlar hələ də terror qruplaşmalarına maliyyə və hərbi dəstək göstərməkdə davam edirlər”, deyə H.Ruhani vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR