Dövlət başçısı Siddiqə Məmmədovaya fəxri diplom, Əli Hüseynova orden verilməsi haqda sərəncam imzalayıb

Dövlət başçısı Siddiqə Məmmədovaya fəxri diplom, Əli Hüseynova orden verilməsi haqda sərəncam imzalayıb
# 14 mart 2015 16:56 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Siddiqə Rza qızı Məmmədovaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncamda S. Məmmədovanın Azərbaycan elminin inkişafında böyük xidmətlərinin olduğu vurğulanıb.

Dövlət başçısının daha bir sərəncamına əsasən, Əli Müzəffər oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Sərəncamda qeyd olunub ki, o, ölkədə inşaat sahəsində səmərəli fəaliyyətinə və dövlət qulluğunda xidmətlərinə görə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR