Azərbaycan-Rusiya biznes forumu keçiriləcək

Azərbaycan-Rusiya biznes forumu keçiriləcək
# 14 iyun 2016 16:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. İyunun 20-də Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, maliyyə, energetika, nəqliyyat, ticarət, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı nəzərdə tutulur.

Biznes forumda Azərbaycan və Rusiya arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq, təqdimatlar və ikitərəfli görüşlər keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR