Demokratik Qüvvələrin Məşvərət Məclisi aprelin 28-ə mitinq təyin edib

 Demokratik Qüvvələrin Məşvərət Məclisi aprelin 28-ə mitinq təyin edib
# 02 aprel 2013 14:27 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. DQMM-ya daxil olan Azadlıq Partiyasının sədri Əhməd Oruc APA-ya bildirib ki, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub və bir sıra qərarlar qəbul edilib.

DQMM aprelin 28-də mitinq keçirmək haqqında qərar qəbul edib, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət hazırlayıb. Müraciətdə mitinqin keçirilməsi üçün 3 yer - Nizami rayonu, Təbriz kinoteatrının qarşısındakı meydan, Binəqədi rayonu, metronun “Dərnəgül” stansiyasının çıxışındakı dəmiryolu deposu yaxınlığında meydan və Nəsimi rayonu 20 Yanvar küçəsi, 21 b, 4-cü mikrorayonda məhəllə stadionu məqsədəuyğun hesab edilib.

Toplantıda qurumun Gənclər və Qadın komitələrinin yaradılması haqqında qərar qəbul edilib. Eyni zamanda DQMM-in ictimaiyyətlə əlaqələr qrupu yaradılıb.

Toplantıda müxalifətdaxili inteqrasiya barədə də müzakirələr aparılıb, bu istiqamətdə atılan addımlar dəstəklənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR