Həyat yoldaşını döyərək öldürən şəxsin məhkəməsi başlayıb

Həyat yoldaşını döyərək öldürən şəxsin məhkəməsi başlayıb
# 11 aprel 2013 11:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını döyərək öldürən Musaxan Şəmiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışı aprelin 18-nə təyin olunub.

Qeyd edək ki, M. Şamiyev həyat yoldaşı Nailəni döyərək öldürüb. O, ilkin dindirmə zamanı ifadəsində bildirib ki, xəstəxanada olan nəvəsinin yanından qayıdarkən avtomobildə həyat yoldaşı Nailə ilə aralarında mübahisə düşüb. Bu zaman o, Nailəyə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Evə gəlib çatanda isə həyat yoldaşının tərpənmədiyini görüb. Bundan sonra onun öldüyünü bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR