Bank Of Baku

Komitə: Bələdiyyə sədrləri arasında qadınlar 27 faiz təşkil edir

Komitə: Bələdiyyə sədrləri arasında qadınlar 27 faiz təşkil edir
# 30 aprel 2019 11:38 (UTC +04:00)

"Hazırda bələdiyyə sədrləri arasında qadınlar 27 faiz təşkil edir".

ONA xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova səsləndirib.

O, bildirib ki, komitə qadın sədrlərin daha da artmasını arzulayır: "Çünki biz regionlarda ailələrin dağılması, erkən evliliklər, qızların təhsili ilə bağlı problemləri araşdıranda görürük ki, ümumilikdə qadınların bu problemlərə diqqəti daha çoxdur. Bu kimi problemlərin qarşısını almaqdan ötrü qadınların o qurumlarda təmsilçiliyi daha məqsədəuyğun olardı".

Qarşıdan bələdiyyə seçkilərinin gəldiyini vurğulayan Sədaqət Qəhrəmanova komitənin bu sahədə maarifləndirmə işləri apardığını da qeyd edib: " Qadınların idarəetmədə təmsil olunması bizim üçün prioritetdir. Çalışırıq ki, onlar cəsarətli olub, öz namizədliklərini versinlər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR